Afrika ölkəsi Keniyada dünən yenilənmiş hökumət əleyhinə etirazlarda toqquşma yaşanıb.
Mia.az xarici mətbuatına istinadla xəbər verir ki, nəticədə 31 aksiyaçı öldürülüb, 100-dən çox yaralı var.
Keniya İnsan Haqları Komissiyasından isıə bildirilib ki, nümayişlərdə yaralıların sayı 107-yə yüksəlib: "Təəssüf ki, hökumət qüvvələri ilə toqquşmada 107 nəfər həyatı ilə vidalaşıb. Biz insanların dinc aksiya təşkil etmək haqlarına hörmət edilməsini tələb edirik. İnsan hüquqları pozuntularını qətiyyətlə pisləyir və bütün məsul şəxslər, o cümlədən polis, mülki şəxslər və digər maraqlı tərəfləri qanunlara əməl etməyə çağırırıq"
Xatırladaq ki, minlərlə insan ölkənin iqtisadi problemləri və polis vəhşiliyiə etiraz olaraq nümayişə başlayıb. Etirazçılar prezident Uilyam Rutonun istefasını, azğınlaşımış polislərin cəzalandırılmasını və iqtisadi islahatların aparılmasını tələb edirlər.
Zülfiyyə Mustafayeva
MİA.AZ