"Beşiktaş" çexiyalı futbolçu David Juraşeki Portuqaliyanın "Benfika" komandasından icarəyə götürüb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klubdan verilən açıqlamada deyilib:
"Klubumuz 2025-26 mövsümü transfer fəaliyyətləri çərçivəsində peşəkar futbolçu David Jurasek-in satınalma opsiyalı müvəqqəti transferi ilə bağlı "Benfika" ilə razılığa gəlib. David Jurasek-i salamlayır və şanlı formamızla ona böyük uğurlar arzulayırıq.
Hörmətlə ictimaiyyətə təqdim edirik”.
Fərid ASLAN
MİA.AZ