"Qalatasaray" iki il əvvəl 30 milyon avroya "Bavariya"ya satdığı Saşa Boeyi geri qaytarıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə klub açıqlama yayıb.

Bildirilib ki, artıq  25 yaşlı sağ cinah müdafiəçisi Saşa Boey ilə müqavilə imzalanıb: "Evinə xoş gəlmisənz, Saşa Boey!"

O,  mövsümün sonuna qədər "Qalatasaray"da 93 nömrəli forma ilə oynayacaq.

Fərid ASLAN

MİA.AZ