Azərbaycan Xarici İşlər Nazirliyində yeni idarə yaradılıb.
Mia.az-ın xəbərinə görə, nazirliyin nəzdində İqlim diplomatiyası idarəsi təsis olunub.
Məlumata görə, idarəyə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev rəhbərlik edəcək.
Qeyd edək ki, bununla da Yalçın Rəfiyevin rəhbərliyində İqlim diplomatiyası idarəsi də daxil olmaqla beş idarə - Beynəlxalq təhlükəsizlik idarəsi, İqtisadi əməkdaşlıq idarəsi, Yaxın Şərq və Afrika idarəsi, Azərbaycan Respublikasının beynəlxalq inkişafa yardım idarəsi fəaliyyət göstərəcək(Report).