Prezident Rəcəb Tayyib Ərdoğan Hollandiyanın Haaqa şəhərində NATO Zirvə toplantısından sonra mətbuat konfransı keçirib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, brifinqdə ABŞ prezidenti Trampla görüşündə müzakirə olunan məsələlər barədə sualları da cavablandırıb.
Ərdoğan bildirib ki, Trampla görüşdə Rusiyadan alınmış S-400 məsələsinin müzakirə olunmayıb, ancaq F-35-lərin alışı gündəmdə olub: "Cənab Trampla görüşümüzdə S-400-ü müzakirə etmədik. Bu, gündəmimizdə deyildi. Bu, bitmiş məsələdir. F-35 məsələsini müzakirə etdik. Bu məsələyə görə 1.4 milyard dollar ödədik. F-35-lərin alınmasında cənab Trampın yaxşı niyyətlərinin olduğunu gördük".
Lamiyə
MİA.AZ