30 mart tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı olub.
Xarici İşlər Nazirliyindən Mia.az-a verilən məlumata görə, telefon danışığı zamanı daha da gərginləşməkdə olan regional vəziyyətdən dərin narahatlıq ifadə olunub.
Bölgədə hərbi toqquşmaların tezliklə dayandırılması istiqamətində diplomatik səylərin artırılmasının vacibliyi vurğulanıb.
Nazirlər həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
***
Xarici işlər naziri Ceyhun Bayramovla iranlı həmkarı Abbas Əraqçi arasında telefon danışığı olub.
Mia.az xəbər verir ki, bu barədə A. Əraqçi özünün "Telegram" kanalında məlumat bölüşüb.
Söhbət zamanı bölgədəki son proseslər və ikitərəfli münasibətlər müzakirə olunub/Report.