Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və onunla birgə ittiham olunan Anar Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxsin vəkili məhkəməyə vəsatətlər təqdim edib.

Vəkil vəsatətlərində sübutlar siyahısında olan bir neçə sənədin xaric edilməsini və cinayət işinə xitam verilməsini xahiş edib.

Hakim verilən vəsatətlərin genişhəcmli olduğunu, məhkəmə tərkibinin vəsatətlərlə tanış olmadıqlarını bildirərək prosesin təxirə salındığını elan edib.

Növbəti proses iyunun 30-a təyin olunub.

Qeyd edək ki, Anar Məmmədli 2024-cü ilin aprel ayında saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Anar Abdullayev isə aprelin 8-də iş üzrə təqsirli bilinib və barəsində məhkəməyədək polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.

Onlar Cinayət Məcəlləsinin 192.3.2-ci, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1, 320.1 və 320.2-ci maddələri ilə ittiham olunurlar/Report