Bu gün Türkiyənin Xarici işlər naziri Hakan Fidan, Milli Müdafiə naziri Yaşar Gülər, Baş Qərargah rəisi Metin Gürak və MİT direktoru İbrahim Kalın İsrailin İrana hücumu ilə bağlı bölgədə yaranan vəziyyətlə əlaqədar bir araya gəliblər

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, görüşdə İranla müharibənin mümkün nəticələri müzakirə olunub

Xatırladaq ki, İsrail bu gün səhərə yaxın 200-dən çox qırıcı ilə İranın paytaxtı Tehran başda olmaqla, Təbrizə, İsfahandakı Natanz nüvə obyekti, Luristan, Kirmanşah, Şiraz, Xuzistan, Həmədan və Qum şəhərlərinə ağır zərbələr endirir. hücumlar təşkil edib. İlkin məlumata görə, hücumda İranın Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqeri, İnqilab Keşikçiləri Korpusunun baş komandanı general-mayor Hüseyn Səlami, Hatəmül Ənbiya Mərkəzi Qərargahının komandiri Qulaməli Rəşid, İnqilab Keşikçiləri Korpusu və Hərbi Hava Qüvvələrinin Ali Kosmik Qüvvələrinin komandanı, o cümlədən yüksək səviyyəli hərbi rəsmilər, o cümlədən 6 nüvə alimi həyatını itirib.

Lamiyə Əhmədli
MİA.AZ