“Cəmiyyəti açıq-aşkar nifrət və düşmənçiliyə sövq etmək” ittihamı ilə 142 gündür həbsdə olan Zəfər Partiyasının sədri Ümit Özdağ bu gün ilk dəfə hakim qarşısına çıxarılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, prosesdə itttihamlar rədd edən partiya sədri həbsini siyasi səbəb və sifarişlə əlaqələndiirb.
İttiham aktın müdafiə edən prokuror isə partiya sədrinin 1,5 ildən 4 ilə qədər azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmə yekunda Özdağın ev dustaqlığına buraxılma tələbini də rədd edib: "Hakim partiya sədrinin həbsinin davam etlməsinə qərar verib..."
Növbəti iclası iyunun 17-də keçiriləck.
Firudin Səfərli
MİA.AZ