"Kanada NATO-nun ABŞ-dan hərbi asılılığı azaltmaq və qlobal qeyri-sabitliyi artırmaq məqsədi ilə gələn ilin büdcə ayırmasını vaxtında əvəəl ödəyəcək".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Kanadanın Baş naziri Mark Karni jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, ölkəsi bununla yanaşı, NATO-nun daha da güclü quruma çevrilməsi üçün büdcədən müdafiə qabiliyyətinə milyardlarla dollar sərmayə ayıracaq: "Kanada hərbi baxımdan ABŞ-dan çox asılıdır. Biz bu problemə "əl qoymalıyıq". Biz bundan sonra müdafiə xərclərimizin dörddə üçünü ABŞ-a deyil, öz ölkəmizə xərcləyəcəyik. Təəssüf ki, Kanada ordusunun infrastrukturu, o cümlədən texnikasının çoxu köhnəlib. Bu, bizim hərbi hazırlıq qabiliyyətimizi aşağı salır. Bunu mərhələli formada həll edəcəyik. Biz yeni sualtı qayıqlar, təyyarələr, gəmilər, zirehli texnikalar, artilleriya sistemləri, radar, PUA-lar və digər müşahidə sistemlərinə sərmayə qoyacağıq".
Xəbərdə o da deyilir ki, Kanada 2025-2026-cı illər ərzində ölkənin müdafiə xərclərinin 44,2 milyard Kanada dollarına (təxminən 32 milyard dollar) çatacaq.
Lamiyə ƏHMƏDLİ
MİA.AZ