Dünən Türkiyə parlamentinə spiker seçkisindən əvvəl parlament dəhlizində maraqlı görüş olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, CHP sədri Özgür Özəllə MHP sədri Dövlət Baxçalı dəhlizdə görüşüblər.

Məlumata görə, Baxçalı salamlaşdıqdan sonra Özəlin əlini buraxmadan "Yaxından izləyirəm, çox aktiv və hərəkətlisdən, maşallah”, - deyib.

Özgür Özəl isə ona təşəkür edib, sağlığını soruşub.

Firudin Səfərli
MİA.AZ