Bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) 28-ci qanunverici dönəmin ikinci dövrəsinin sədri seçilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, spikerliyə 5 namizədin olduğu gizli səsvermədə TBMM-in hazırkı sədri olan AKP-li Numan Kurtulmuş 329 səslə təkrar sədri seçilib. Onun alternativləri olan CHP-li Uğur Bayraktutan 118, DEM Partiyalı Osman Cengiz Çandar 18, İYİ Partiyadan Mustafa Cihan Paçacı 26, Yeni Yol Partiyasından isə Mehmet Karaman 6 səs toplayıb.
Səsvermədən az sonra Prezident Ərdoğan yenidənsədr seçilən Kurtulmuşu qəbul edib.
Prezident Kompleksində keçirilən qəbul mətbuata qapalı keçirilib.
Lamiyə Əhmədli
MİA.AZ