Keçmiş müstəntiq Rüfət Səfərovun həbs müddəti uzadılıb.

Məlumata görə, Binəqədi Rayon Məhkəməsi prokurorun təqdimatını əsaslı hesab edib.

Qərara əsasən, Rüfət Səfərov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti iyunun 23-nə kimi uzadılıb.

Qeyd edək ki, R.Səfərov külli miqdarda dələduzluq və qəsdən sağlamlığa az ağır zərər vurma maddələri ilə ittiham olunur(Qafqazinfo)