ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavin köməkçisi Coşua Hak Bakıya gəlib.
Bu barədə ABŞ səfirliyin məlumat yayıb.
Məlumatda deyilir: "Bu gün müvəqqəti işlər vəkili Huqo Gevara səfirlik binasında ABŞ dövlət katibinin müavininin köməkçisi Coşua Hakı və Dövlət Departamentinin Avropa üzrə baş müşaviri Uayett Toelkeni [Wyatt Toehlke] qəbul edib. Onlar Azərbaycana yüksək səviyyəli rəsmilərlə görüşmək və ABŞ-nin maraqlarını, iqtisadi rifahı və regional təhlükəsizliyi təşviq edən ikitərəfli dialoqu davam etdirmək məqsədilə səfər edib"