"İsrail Qəzzada təklif etdiyimiz atəşkəs təklifinə müsbət cavab verib. HƏMAS-ın isə təklifi qəbul edib-etmədiyini hələ bilmirik, lakin çox ümidverici siqnallar alırıq".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Tammi Brus mətbuat konfransında suala cavabda deyib.
O, HƏMAS-ın da qəbul ediləcəyi təqdirdə atəşkəsin dərhal qüvvəyə minəcəyini bildirib: "Təbii ki, bu razılaşma bölgəyə sülh gətirəcək. Ağ Evin sözçüsü Karolinanın da ifadə etdiyi kimi, İsrail bu təklifi qəbul edib. Bu o deməkdir ki, biz artıq çox ümidverici pillədəyik"
Zülfiyyə Mustafayeva
MİA.AZ