Türkiyənin Xarici işlər naziri Hakan Fidan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla telefonla danışıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, tərəflər Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün İstanbulda başlayan danışıqlar, onun nəticəsi və növbəti görüş ətrafında müzakirə aparıblar.

Onlar İstanbulda iyunun 2-nə planlanan Ukrayna heyəti ilə növbəti görüşdə sülhə doğru irəlliləyiş olacağına ümid etdiklərini deyiblər.

Lamiyə Əhmədli
MİA.AZ