Türkiyə Xarici İşlər Nazirliyi İsraili qınayan bəyanat yayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bəyanatda İsrailin Məscidül-Əqsaya qarşı təxribat xarakterli hərəkətlərini pisləyib.
Bəyanatda deyilir: “İsrail hökuməti üzvünün bu gün Məscidül-Əqsaya basqını, işğalçı dövlətin bayrağının Əl-Əqsa məscidində açılması və Qüds yürüşü zamanı ekstremist mühacirlər tərəfindən həyata keçirilən təxribat xarakterli hərəkətləri pisləyirik. Bu cür hərəkətlər İsrailin Fələstin xalqına qarşı soyqırımının, həmçinin Fələstin ərazilərinin tarixi və demoqrafik kimliyini dəyişdirmək və ilhaq etmək səylərinin təzahürüdür. Netanyahu hökumətinin bu cəhdləri Əl-Əqsa məscidinin tarixi və hüquqi statusunu heç vaxt dəyişdirə bilməz"
Samir Musayev
MİA.AZ