Prezident Ərdoğanın təbliğat arsenalının səfrəbər olmasına baxmayaraq, iqtidar partiyası hələ də İstanbulda arzuladığı seçici sayını qazana bilmir.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə ORC Araşdırma Mərkəzinin hazırladığı sosialoji sorğu hesabatında bildirilib.
Qeyd edilib ki, Prezident Ərdoğanın tez-tez “Bura mənim vaz keçə bilmədiyim aşkımdır" dediyi İstanbulda hakim partiya ana müxalifıt partiyası CHP-yə uduzur.
Mərkəzin 2-8 may 2025-ci il tarixləri arasında İstanbulda apardığı sorğuya görə, bu bazar günü parlament seçkisi keçirlərsə, CHP mütləq üstünlük qazanacaq.
Belə ki, "Bu bazar günü seçki keçirilsəydi, hansı partiyaya səs verərdiniz?” sualına cavab verənlərin 34.1 faizi CHP-nin adını çəkib. Ərdoğanın lideri olduğu AK Partiya isə 30,2%-lə ikinci olub.
Digər partiyaların nəticələri isə belə olub:
DEM Partiyası: 7,3%
MHP: 5.0%
Zəfərr Partiyası: 4,0%
Yenidən Rifah Partiyası: 3,5%
Türkiyə İşçi Partisi (TİP): 3,2%
İYİ Partiya: 3,1%
Gələcək Partiyası: 2,3%
Firudin Səfərli
MİA.AZ