Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalın Suriyaya səfr edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, burada prezident Əhməd Şara, xarici işlər naziri Əsəd Həsən Şeybani və Kəşfiyyat Təşkilatının direktoru Hüseyn Es-Salame ilə görüşüb.

Məlumata görə, görüşlərdə ikitərəfli əlaqələrin daha da dərinləşməsi, ölkənin ərazi bütövlüyü, suverenliyi və siyasi sabitlik ətrafında müzakirələr aparılıb: "Görüşdə terror təşkilatı PKK/YPG-nin silahlarını yerə qoyaraq Suriyaya inteqrasiyası, sərhəd təhlükəsizliyi və gömrük qapıları, İŞİD üzvlərinin saxlanıldığı həbsxana və düşərgələrin durumu kimi məsələlərlə bağlı planlar müzakirə edilib. İbrahim Kalın sadalanan hər bir məsələdə Türkiyənin Dəməşq rəhbərliyinə ehtiyac duyduğu hər cür dəstəyi verəcəyini təkrarlayıb"

Tahir Şəlvəli
MİA.AZ