"Hər kəs Tiranada İlham Əliyevin siyasi, diplomatik gücünü gördü"
Mia.az xəbər xəbər verir ki, bu sözləri saytımıza açıqlamasında internet-media ekspert, QHT sədri Səbuhi Abbasov Zirvə toplantısının bir sıra mühüm məqamlarını dəyərləndirərkən deyib.
Onun sözləri mayın 16-da Albaniyanın paytaxtı Tirana şəhərində "Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış mərasimi keçirilib: "Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir. Albaniyanın Baş naziri Edi Rama Prezident İlham Əliyevi, Zirvə toplantısında iştirak edən digər dövlət və hökumət başçılarını qarşılayıb.
Zirvə toplantısı bir çox məqamları ilə təkcə Avropanın deyil, bütün dünya mediasının diqqətini cəlb edib. Qürur hissi ilə qeyd etməliyik ki, bu diqqətin episentrində Prezident İlham Əliyev dayanırdı. Sanki digər liderlər Prezidentin əlini sıxmaq üçün növbəyə dayanmışdı.
Fransa prezidenti Makronla görüş xüsusi diqqət çəkib. Ayaqüstü görüşü kənardan izləyən Paşinyan bir qədər məyus halda replikalara mimikal reaksiya verməklə kifayətlənib. Əslində baş verənləri hər kəs gözəl dərk edirdi. İlham Əliyev dünyada mümkün olmayanı mümkün edən, BMT-nin icra olunmayan qətnamələrini icra edən, Azərbaycanı bütövləşdirən, ölkəmizi regionda söz sahibinə çevirən, konfliktli ölkələri bir araya gətirən, dünya siyasi mənzərəsinə təsir edən, türk dünyasını birləşdirən siyasi lider kimi tanınır. Və Tiranada baş verənlər, ermənidən çox ermənilik edən Makrondan tutmuş İlham Əliyevlə kofe içmək üçün növbəyə duran Paşinyana qədər hər kəs bilirdi ki, Azərbaycanla diqtə dilində danışmaq mümkün deyil. 2020-ci ildə hər kəs başa düşdü ki, son sözü İlham Əliyev deyir."