Professor Nurəddin Yıldızın məruzəçi olduğu konfransda protestlə üzləşməsinin "yanğısı sürür"
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, oxşar hadisə bu dəfə Boğaziçi Universitetində deyil, Qalatasaray Universitetində baş erib.
Məlumata görə, Azərbaycanda da yaxşı tanınan professor İlber Ortaylı ilə tələbələr "üz-göz" olublar.
Həmin mübahisəli hadisə ilə bağlı yayılan videodan görünür ki, professor tələbələrə "Sus, məni dinlə" deyə qəzəblənsə də, ona məhəl qoyulmayıb.
Belə ki, Ortaylının tələbələrə "Belə axmaq etiraza son verin. Bu universitetin bağlanmasını və ya rəhbərliyinin dəyişməsini istəmirəm. Susun daha" deyir. Tələbələr isə bunun qarşılığında ona "Siz necə müəllimsiz? Siz necə pedofili müdafiə edirsiniz?", - deyə cavab qaytarıblar.
Bu zaman onlar arasında gərginlik pik həddə çatıb .
Məsələyə hələlik rəsmi izahat verilməyib.
Xatırladaq ki, Nurəddin Yıldızı Boğaziçi Universitetinə protest edən 5 tələbə həbs olunub.
Firudun Səfərli
MİA.AZ