"Bu gün xəbər lentində Şəmkirlə bağlı xəbərlərdə bir foto diqqətimi cəlb etdi. İcra başçısı Rəşad Tağıyev, rayona gəlmiş Kənd təsərrüfatı naziri Məcnun Məmmədovu müşayiət etdiyi tədbirlərə qalstukuz qatılıb. Deyilənə görə, bu saymamazlıqdan əsəbləşən nazir də balansı nizamlamaq üçün özü də qalstukunu çıxarıb".

Mia.az xəbər verir ki, bu sözləri sosial media heabında sabiq deputat Etibar hüseynov yazıb.

O, yazısına fotolar da əlavə edərək, bildirib ki, icra başçısı rayonda keçirilən sərgiyə və ya kosa ilə yumurta döyüşdürməyə gedəndə qalstuk taxıb: "Elə isə bu nazirə qarşı həqiqətən də hörmətsizlik, saymamazlıq deyilmi?Bunlar nə vaxt düzələcək?".

Mia.az-ın əldə etdiyi məlumatda isə deyilir ki, icra başçısının belə geyimdə naziriq arşılaması onun deyil, son aylar özünü sürətlə arıqladan nazirin üslubuna uyğun olub: "Nazir qalstuk taxmadığından icra başçısı da çıxarmağa məcbur qaldı...".

Onu da qeyd edək ki, M.Məmmədov COVİD-ə yoluxduğu üçün bir həftədir nazirliyi onlayn idarə edir.

Samir

MİA.AZ