NATO Xarici İşlər Nazirlərinin qeyri-rəsmi toplantısına ev sahibliyi edən Türkiyənin Antalya şəhərində Ukraynanın xarici işlər naziri Andrii Sybiha ABŞ dövlət katibi Marko Rubio ilə görüşüb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, görüşdə ikitərəfli məəslələrlər, Rusiya ilə savaş və bu gün İstanbulda Rusiya heyəti iləatəşkəs və sülh danışıqları ətrafında fikir mübadiləsi aparılıb.
Ukrayna XİN başçısı sülh danışıqlarında aktiv və güclü roluna görə Dövlət katibinə təşəkkür edib: "Biz ABŞ-la strateji əməkdaşlığı davam etdirməyə hazırıq. Rusiyanın Ukraynanın konstruktiv addımlarına cavab verməsi mütləqdir. Lakin təəssüf ki, bu, indiyə qədər baş verməyib. Moskva sülhü rədd etməyin bir əvəzinin olduğunu başa düşməlidir".
Lamiyə Əhmədli
Mia.az