Xəbər verildiyi kimi, "Terrorsuz Türkiyə" prosesində bu gün mühüm addımatılıb. Belə ki, PKK terror təşkilatı özünün ləğvinə və silahı yerə qoyacağına qərar verib. Bleə bir anda Türkiyə mediasında maraqlı iddia yayılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, iddiaya görə, PKK terror təşkilatının buraxılma qərarından sonra MHP sədri Dövlət Baxçalı həbsdə olan keçmiş HDP-nin sabiq sədri Səlahəddin Dəmirtaşla görüşmək istəyib: "Lakin Ədirnə F Tipi Həbsxana rəhbərliyi bu istəyi cavabsız qoyub. Daha dəqiqi, ona "yox" deyilib".
Türkiyə Ədliyyə Nazirliyi bu iddia ilə bağlı jurnalist İsmail Saymaza açıqlama verib. O, bu barədə Halk TV-yə danışıb: "Dövlət Baxçalının Dəmirtaşla görüşmək üçün hər hansı tələbin olub-olmadığını Ədliyyə Nazirliyi rəsmilərindən soruşdum. Ədliyyə Nazirliyi rəsmiləri mənə dedilər ki, Baxçalı tərəfindən Dəmirtaşla görüşmək üçün Ədliyyə Nazirliyinə müraciət daxil olmayıb".
Lamiyə Əhmədli
Mia.az