Bu gün Türkiyənin Bursanın Böyükşəhər Bələdiyyəsinin sədri, CHP üzvü Mustafa Bozbeyin səhərə ayxn evində saxlanılması sözügedən partiyanın sədri Özgür Özəlin Kosovaya səfərini təxirə salmasına səbəb olub.

Mia.az Türkiyə mətbuatına istnadla xəbər verir ki, CHP sədri Özgür Özel az əvvəl  Bursaya yla çıxıb.

Partiyadan verilən məlumata əsasən, o, saxlanılan bələdiyyə sədrinin ailəsiylə və partiya üzvləri ilə görüşəcək, orada bu həbsə etirazla bağlı xüsusi bəyanat verəcək.

Xatırladaq ki, CHP sədri Özelin bu gün Türkiyə Milli Komandasının Dünya Kuboku pley-off final matçını izləmək üçün Kosovoya səfəri vardı

Onu da xatırladaq ki. bu gün səhərə yaxın bələdiyyə sədri Mustafa Bozbey və ailə üzvlərinin də aralarında olduğu 59 nəfər Bursa Baş Prokurorluğu tərəfindən eyni anda müxtəlif məkanlarda xüsusi əməliyyatla tutulublar.

Onlar rüşvət və korrupsiya və sair məsələlərdə ittiham olunurlar.

Firudin Səfərli
MİA.AZ