Ərbil şəhərində Azərbaycanın konsulluğu açılacaq.

Mia.az-ın məlumatına görə, bunu İraqın XİN rəhbəri Fuad Hüseyn Bağdadda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

O bildirib ki, iki ölkə arasında qarşılıqlı səfərlərin sayı daim artır: "Hər il İraqdan Azərbaycana və əksinə gedən nümayəndə heyətlərinin sayı artır. Əvvəllər Bakı Bağdad, Ərbil və Nəcəf ilə birbaşa reyslərlə bağlı idi. Bu baxımdan, bu gün danışıqlarda biz hava əlaqələrinin bərpasını təklif etdik. Həmçinin Azərbaycanın Ərbil şəhərində konsulluğunun açılmasının vacibliyini qeyd etdik".