"Çelsi"nin sol cinah müdafiəçisi Benjamin Çilvell karyerasını "Strasburq"da davam etdirəcək.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, klubdan bu haqda verilən açıqlamada bildirilib ki, oyunçu ilə 2 illik müqavilə imzalanıb.

Xatırladaq ki, "Çelsi"də 107 matça çıxan müdafiəçi 9 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Fərid Əhmədov

MİA.AZ