"ABŞ-la imzalanan sazişi Ukraynaya Amerika silahlarının yeni tədarükünə zəmanət verir"
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Ukrayna prezidentinin müşaviri Mixail Podolyak bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında tarixi müqavilə böyük hadisədir: "Bu strateji uğur Ukraynanın super güclərlə tam bərabər söz sahibi olduğunu təsdiqləyir. Razılaşmaya əsasən neft, qaz və litium kimi digər faydalı qazıntıların Ukraynanın mülkiyyətində qalacaq və ortaq fond yaradılacaq. Müqavilə yeni Amerika silahlarının, o cümlədən hava hücumundan müdafiə sistemlərinin tədarükünə zəmanət verir. Onların xərcləri birgə fondda saxlanılacaq".
Podolyak qeyd edib ki, investisiya gəlirləri ən azı 2034-cü ilə qədər Ukraynaya sərmayəyə sərf olunacaq: "Bir sözlə, bu razılaşmanın ən mühüm nəticəsi odur ki, dünyanın aparıcı dövləti Ukraynada həmsərmayəçi olacaq. Moskva uduzdu. Vladimir Putinin ABŞ-a işğal olunmuş Donbasın mineral sərvətlərindən pay təklif etmək cəhdi uğursuzluğa düçar oldu".
Zülfiyyə Mustafayeva
MİA.AZ