"Qalatasaray"ın transfer danışıqlarına başladığı İlkay Gündoğan İstanbula gəlib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, şəxsi təyyarə ilə İstanbula gələn 34 yaşlı yarımmüdafiəçi "sarı-qırmızılı" klubun rəsmiləri tərəfindən qarşılanıb.

İlkay Gündoğan jurnalistlərə açıqlama verib:

"Bu mənim üçün qürurverici bir gündür. Biz çox həyəcanlıyıq. Mən burada olmaqdan xoşbəxtəm. Komandaya mümkün qədər tez uyğunlaşmaq və əyləncəli futbol oynamaq istəyirəm."

Fərid Əhmədov

MİA.AZ