Ramazan ayına baxmayaraq, İsrail işğal altındakı Şərqi Qüdsdə söküntüləri artırıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrailin qeyri-hökumət təşkilatı "İr Amim" məlumat yayıb.
Bildirilib ki, son 10 ildə dini inanc və qəzəbli kütləyə görə Ramazan ayında Şərqi Qüdsdə fələstinlilərin evlərini sökməkdən yayınan İsrail bu dəfə fərqli davranır: "Artıq son 3 gün içində 4 evi sökülüb. Bununla da ilin əvvəlindən bu yana 46 evi uçurlub, 10-larla iş yeri dağıdılıb..."
İsrail dövlət televiziyası KAN-ın məlumatına görə, İsrail qüvvələri Ramazan ayına baxmayaraq, söküntü işlərini dayandırmaq niyyətində deyil.
Tahir Şəlvəli
MİA.AZ