Pakistanın Hayber Paxtunxva əyalətinin Bannu rayonunda yerləşən hərbi hissəyə "canlı bomba" hücumu baş verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bədənlərinə bomba bağlayan iki nəfər - "intiharçı canlı bomba" hadisə yerində hərbçilər tərəfindən öldürülüblər.
Məlumatda ölən və yaralananlar barədə informasiya verməyib.
Yalnız o qeyd edilib ki, terror hücumunu "Pakistan Talibanı" üzərinə götürüb.
Tahir Şəlvəli
MİA.AZ