İstanbulda CHP-li bələdiyyə sədrlərinə qarşı əməliyatlar davam edir.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu gün İstanbulun Beykoz rayon Bələdiyyə sədri Alaattin Köseler və daha 22 nəfər saxlanılıb.
Məlumata görə, o və digərləri bələdiyyənin tenderlərini öz yaxın dost-tanışlarına verməkdə, bir sözlə, "tender saxtakarlığı"nda ittiham olunurlar: "Artıq Alaattin Köseler də daxil olmaqla, 4 şübhəli barəsində “tenderi saxtalaşdırmaq” ittihamı ilə həbs qətimkan tədbiri seçilib. Digərlərinin ifadəsi alınır. İstintaq davam edir".
Tahir Şəlvəli
MİA.AZ