Pakistanın şimal-qərbindəki Hayber Paxtunxva əyalətinin Noşera rayonunda mədrəsədə bədəninə bomba bağlayan şəxs onu partlatmaqla terror törədib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə azı 4 nəfər ölüb, 20 nəfər yaralanıb.
Məlumata görə, "canlı bomba"nın əsas hədəfi mədrəsə rəhbəri Mövlana Həmid-ül-Haq olub: "O, hadisə yerində həyatı ilə vidalaşıb. Yralıların çoxunun vəziyyəti də ağırdır. Onların ölüm riskləri çoxdur"
Bildirildiyinə görə, partladılan mədrəsə Əfqanıstandakı bir çox "Talibançı"ların təhsil aldığı müəssisə kimi tanınır.
Tahir Şəlvəli
MİA.AZ