İsrail sabah başlayacaq Ramazan ayı ərzində işğal altındakı Şərqi Qüdsün Köhnə şəhəri və Əl-Əqsa məscidi ətrafında təhlükəsizlik tədbirlərini artıracaq.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrail hökumətinin sözçüsü David Mencer jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hər il olduğu kimi bu il də təhlükəsizlik səbəbi ilə Əl-Əqsa məscidinə giriş qadağan ediləcək, ətrafında əlavə tədbirlər görüləcək.

David Mencer "əlavə tədbirlər"in nədən ibarət olduğunu isə açıqlamayıb.

Tahir Şəlvəli
MİA.AZ