Qəzza zolağında son 48 saatda dağıntılar altından daha 17 fələstinlinin cəsədi çıxarılıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə məlumatı Fələstin Səhiyyə Nazirliyi açıqlayıb.
Bildirilib ki, atəşkəs razılaşmasına baxmayarqq, İsrail ordusu bəzi bölgələri hələ də bombalayır: "Son 48 saatda bombardmandan sonra dağıntılar altından 17 nəfərin meyiti çıxarılıb, 19 nəfər isə yaralanan var"
Məlumatda deyilir ki, bununla da 2023-cü il oktyabrın 7-dən bu yana Qəzzada ölənlərin sayı 48365-ə, yaralı sayı isə 111780 nəfərə yüksəlib.
Tahir Şəlvəli
MİA.AZ