Şimali Koreya Ukraynaya qarşı döyüşmək məqsədiylə Rusiyaya əlavə hərbi birləşmə göndərib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Cənibi Koreyanın rəsmi Yonhap Agentliy məlumat yayıb.
Cənubi Koreyanın Milli Kəşfiyyat Xidmətindən adıçəkilən agentliyə bildirilib ki, Şimali Koreyanın yeni göndərdiyi hərbçilərin sayını hələlik müəyyən etmək mümkün olmayıb: "Ancaq bu, dəqiqdir ki, Şimali Koreyadan göndərilən yeni hərbçilər artıq Kursk vilayətində cəbhə xəttinə yerləşdirilib”
Xatırladaq ki, Şimali Koreyanın 2024-cü ildə Rusiyanın Kursk bölgəsinə təxminən 11 min əsgər yerləşdirdiyi haqda xəbər yayılıb.Onlardan döyüşlərdə ölən və əsir düşənlər də var.
Samir Musayev
MİA.AZ