Qəzza zolağında soyuqdan 6 körpə həyatını itirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Qəzza şəhərindəki "Xəstələrin Dostları" hospitalının baş həkimi Səid Salah Anadolu Agentliyinə açıqlamasında bildirib.
O deyib ki, son iki həftə ərzində havanın kəskin soyuq olması səbəbindən hospitala 9 körpə gətirilib: "Həkimlərin müdaxiləsinə baxmayaraq, onlardan 6-sı vəfat edib. 3 körpə isə sağalıb".
Tahir Şəlvəli
MİA.AZ