İsrail ordusu atəşkəsə baxmayaraq, ötən gün Livanın cənubunu bombalayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İsrail döyüş təyyarələri Livanın cənubundakı Zərariyyə, Zibkin, Kəlilə, Cənnətə, Deyr Qanun ən-Nahr və Marub şəhərləri ətrafındakı əraziləri hədəfə alıb.
Məlumatda ölən və ya yaralanan olub-olmadığı barədə məlumat verilməyib.
İsrail ordusundan bildirilib ki, həmin bölgədə "Hizbullah"a aid hərbçilər vurulub.
İsrailin KAN dövlət televiziyası isə Livanın paytaxtı Beyrut səmasında PUA-ların uçduğunu və onlar 27 sentyabr və 3 oktyabrda öldürülən "Hizbullah"ın keçmiş liderləri Həsən Nəsrullahla Haşim Səfiyuddinin dünən keçirilən dəfn mərasimini izləyiblər.
Livan mediası isə Hizbillah liderlərinin 6 ay sonra keçiriləndəfn mərasimlərini İsrailin deyil, Livan ordusuna məxsus PUA-ların izlədiyini açıqlayıb.
Tahir Şəlvəli
MİA.AZ