Yunanıstanın 4 adasında məktəblər bağlanıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, buna səbəb son həftələrdə davam edən seysmik aktivlik - zəlzələlər olub.
Məlumata görə, artan zəlzələlərdən sonra 4 adadakı məktəblərdə təhsilin daha bir həftə dayandırılmasına qərar verilib: "Beləliklə, Yamurgi, Niyoz, Anafiya və Santorini adalarında məktəblər fevralın 28-dək bağlanacaq".
Rəsmi qurumlar əhaliyə də xəbərdarlıq edib: "Qapalı ərazilərdə toplaşmayın, tərk edilmiş və ya köhnə tikililərdən, həmçinin sahilə yaxın ərazilərdən uzaq durun".
Tahir Şəlvəli
MİA.AZ