İsrail sabah 602 fələstinlini sərbəst buraxacaq.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə HƏMAS-a bağlı Məhbuslarla bağlı Media Ofisi məlumat yayıb.

Məlumatda deyilir ki, onlardan 50-si ömürlük, 60-ı 20 ildən çox cəzaya məhkum olunmuş, 445 nəfəri isə Qəzzadakı adisələrlə bağlı son bir il ərzində həbs edilənlərdir.

Xatırladaq ki, HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadası bunun qarşılığında sabah 6 yəhidi girovu azad edəcək.

Tahir Şəlvəli

MİAA.Z