HƏMAS İsraillə Qəzzada atəşkəs və əsir mübadiləsi razılaşması çərçivəsində sabah daha 6 yəhudi əsiri sərbəst buraxacaq.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeydə açıqlama verib.
O, əsirləri adlarını açıqlayaraq, bildirib sabah Eliya Koen, Ömər Şem-Tov, Ömər Venkert, Tal Shoham, Avera Mengistu və Hişam əl-Sayed Qəzzada Qırmızı Xaş Komitəsinin mənsublarına təhvil veriləcək.
Xatırladaq ki, İsrail mediası Hişam əl-Sayed və Avera Mengistunun 10 ildən artıqdır ki, Qəzza zolağında əsir saxlanıldığını yazıb.
Zülfiyyə MUSTAFAYEVA
MİAA.Z