Türkiyə kəşfiyyatı (MİT) İraqda PKK-ya qarşı daha bir uğurlu əməliyyat keçirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İraqın Hakurk bölgsindəki əməliyyatla PKK/KCK-nın üzvləri Zehra SEBAT kod adlı Rojda Azad və Serhat ƏRDOĞAN kod adlı Çirav Cudini zərərsizləşdirilib.

Məlumata görə, MİT-in kəşfiyyat şəbəkəsi onların Türkiyə Silahlı Qüvvələrinə qarşı terror hazırlığında olduğunu dəqiqləşdirdikdən sonra PUA zərbəsi ilə hər ikisini məhv edib.

Tahir Şəlvəli
MİA.AZ