Atəşkəs anlaşmasına baxmayaraq, İsrail ordusu bu gün Qəzzada daha bir neçə bölgəyə zərbə endirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Qəzzada yerləşən Səhiyyə Nazirliyindən açıqlama verilib.
Qeyd olunub ki, son 24 saatda endirilən zərbələr nəticəsində daha 7 nəfər həyatı ilə vidalaşıb: "Onlardan 6-sının cəsədi dağıntılar altından çıxarılıb. 5 nəfər isə yaralanıb. Bununla da Qəzzada həlak olan fələstinlilərin sayı 48 271-ə yüksəlib".
Tahir Şəlvəli
MİA.AZ