Bu gün Qəzza zolağının mərkəzində güclü partlayış baş verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, partlayışda 14 yaşlı fələstinli uşaq ölüb, 6 nəfər isə yaralanıb.

Məlumata görə, hadisə Əl-Bureyc Qaçqınlar Düşərgəsində yaşanıb.

Fələstin Səhiyyə Nazirliyindən isə bildirilib ki, partlayış İsrail ordusunun raket zərbəsindən sonra baş verib.

Tahir Şəlvəli
MİA.AZ