Ürəyindən əməliyyat olunan MHP lideri Dövlət Baxçalı bu gün CHP lideri ilə telefonda danışıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, Özgür Özələ zəng edərək, səhhəti ilə yaxından maraqlandığı üçün ona minnətdarlıq edib.
Xatırladaq ki, MHP sədrinin ötən həftə ürəyinin qapaqlarından biri dəyişdirilib.
Fərid ASLAN
MİA.AZ