Türkiyə kəşfiyyatı (MİT) İraqda daha bir uğurlu əməliyyat keçirib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Milli Kəşfiyyat Təşkilatının (MİT) əməliyyatı ilə terror təşkilatı PKK/KCK-nın məsul şəxsi Murat Keleş İraqın şimalındakı Hakurkda zərərsizləşdirilib.
Məlumata görə, o, PUA ilə vurulub.
Xəbərdə deyilir ki, terrorçu 5 may 2016-cı il tarixində Şırnak Silopidə hərbi maşına raket atəşi nəticəsində şəhid olan jandarma Yaşar Yavaşın ölümündə birbaşa rol alıb.
Firudin Səfərli
MİA.AZ