AFFA-nın İcraiyyə Komitəsinin bu gün keçirilmiş iclasında baş katib vəzifəsinə Cahangir Fərəcullayevin təyinatı ilə bağlı qərar qəbul olunub.
Mia.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Cahangir Fərəcullayev 1981-ci ildə Bakıda anadan olub. 1999-2005-ci illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində bakalavr və magistr təhsili alıb və fərqlənmə diplomlarla bitirib.
O, 2004-2019-cu illərdə Azərbaycanda şirkətlərində müxtəlif vəzifələrdə çalışıb, biznesin inkişafı və marketinq üzrə müstəqil konsultant kimi çıxış edib.
2019-2020 illərdə “Caspiantech” şirkətinin baş direktoru olub. 2021-ci ildən 2025-ci ilə qədər “Azərlotereya” ASC-də baş direktorun müşaviri və LMK şirkətinin baş direktoru vəzifəsində çalışıb.
***
AFFA-nın yeni baş katibi məlum olub.
Əldə etdiyimiz bilgiyə görə, istefa verən Sərxan Hacıyevi Cahangir Fərəcullayev əvəz edəcək.
Mia.az Futbolinfo.az-a istinadla xəbər verir ki, Cahangir Fərəcullayev “Azərlotereya” ASC-də baş direktorun müavini olub.
“Nə? Harada? Nə zaman?” teleşoularından da tanınan yeni baş katib haqqında daha geniş bilgi verəcəyik.