Yunanıstanda qoyun və keçilərdə xəstəlik yayılıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, qoyun və keçi arasında yayılan çiçək xəstəliyi səbəbindən yüz minlərlə heyvanın kəsimə verilib.
Məlumata görə, bu fakt ölkənin məşhur pendir zavodunun istehsalı və ixracını təhlükə altına alıb.
Saloniki bölgəsindəki Karditsa kənarındakı fermasının sahibi Anastasiya Siourtou, fermada olan 1650 qoyunu kəsmək məcburiyyətində qalıb: "Artıq fermada boş tövlələr var. 12 noyabrda fermada qoyun-keçi çiçək xəstəliyi aşkar edildi. Bundan sonra baytarlar bütün sürünü məhv etdi. İki kilometr aralıda başqa bir fermada yoluxma halları var idi, amma onlar bu xəstəliyi gizlətdilər. Yəqin ki, xəstəlik onların "əməli"nə görə yayıldı. Nəticədə mənim kimi fermerlər hər şeydən məhrum oldu..."
Atasından miras qaldığı fermanı genişləndirən Siourtou deyir ki, heyvanların itirilməsi onun üçün yalnız iqtisadi zərbə deyil: "Mənim fermamdan alınan qoyun südü məşhur "feta pendir"i istehsalı üçün əsas xammal idi. Bu pendirin isə Yunanıstanda "ağ qızıl" kimi tanındığını yəqin bilirsiniz. İndi o "ağ qızıl" da təhlükə altəndadır".
Xatırladaq ki, qoyun-keçi arasındakı çiçək virusu ilk dəfə 2024-cü ilin avqust ayında ölkənin şimalında aşkar edilib. Rəsmilər sərt tədbirlərə əl atasa da, bunun yayılmasının qarşısını aa bilməyib. Hazırda virus ölkəboyu yayılaraq bütün sürülıəri təhdid edir. Yunan mətbuatı yazır ki, indiyə qədər 420 mündən çox qoyun və keçi ya kəsimə veirlib, ya da məhv edilib.
Samir Musayev
MİA.AZ