İngiltərə nəhəngi "Arsenal" heyətinə qatmaq üçün 2 oyunçunu radarına alıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, mövsüm sonunda azad agent statusunda olacaq 2 oyunçu üçün təklif hazırlığındadır.
Məlumata görə, klub "Bavariya"dan Leon Goretzka və "Borusiya Dortmund"dan Julian Brandtı hədəf alıb.
Xatırladaq ki, mövsüm sonunda hər iki oyunçunun müqaviləsi başa çatdığı üçün, "Arsenal" heç bir transfer haqqı ödəmədən iki ulduzu heyətinə qata bilər.
Fərid
MİA.AZ