İsrail hərnçilərinin işğal altındakı İordan çayının qərb sahilində əməliyyatları davam etdirir.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Azadlıq Təşkilatı (FAT) məlumat yayıb.
Məlumata görə, İsrail ordusu bu gün günorta Hebron, Beyt Lahim, Cenin, Tulkerim və Ramallahda daha 25 nəfəri qandallayıb.
Yeri gəlmişkən, İsrail ordusu yanvarın 21-də Cenin şəhəri və qaçqın düşərgəsində daxil olub. Nəticədə 10 fələstinli öldürülüb, 40 nəfər isə yaralanıb.
Ləman
MİA.AZ